Region Liqasında bürünc medalçı bəlli oldu
Bu gün Region Liqasında üçüncü yerin sahibi məlum olub. Həlledici görüşdə “Göyəzən” ilə “Ağstafa Gəncləri” üz-üzə gəlib.
Görüşə saat 14:00-da start verilib. Gərgin keçən qarşılaşmanın qalibi Ağstafa təmsilçisi olub. Göyəzən rəqibinə 5:2 hesabı ilə məğlub olub.
Qeyd edək ki, bu gün həmçinin qızıl medallar uğrunda “Xankəndi” ilə “Şirvan” üz-üzə gələcək.