Regekampf: “Bizim üçün heç nə dəyişmir”

Regekampf: “Bizim üçün heç nə dəyişmir”

“Neftçi” Konfrans Liqasının III təsnifat mərhələsində Avstriya “Rapid”i ilə qarşılaşıb. Bakıda baş tutan ilk oyundan sonra bakılıların baş məşqçisi Laurentsiu Regekampfın mətbuat konfransı keçirilib.

Rumıniyalı mütəxəssis 2:1 hesablı qələbəyə şərh verib: “Komandamı təbrik eləmək istəyirəm. Futbolçularım döyüşdü, çox gözəl oyun göstərdi. Çox güclü rəqibə qarşı oynayırdıq. İlk dəqiqələrdən sona kimi güclü idik. Bu gün qələbəyə layiq idik. Oyunçularıma matçdan əvvəl dedim ki, bizə pozitiv nəticə lazımdır. Növbəti mərhələyə adlamaq üçün iki oyun keçirməliyik. Vyanadakı qarşılaşma çox çətin olacaq. Son dəqiqələrdə qol buraxdığımız üçün çox narazı qaldım. Amma bizim üçün heç nə dəyişmir. Gözləyirəm ki, komandam orada da eyni cür davranacaq. Avstriyada da qələbə qazanmağa çalışacağıq. Buna çalışmasaq, heç bir şansımız olmayacaq”.

ETOPAZ

Əvvəlki yazı

“Neftçi”dən ev qələbəsi

Növbəti yazı

Villian Premyer Liqaya qayıdır