“Real”la “Barselona”nın rəqibi müəyyənləşdi

“Real”la “Barselona”nın rəqibi müəyyənləşdi

İspaniya kubokunda 1/8 final mərhələsinin püşkü atılıb. “Real” və “Barselona”nın da rəqibləri müəyyənləşib.

Turnirin ötən mövsümdəki finalçıları “Barselona” ilə “Atletik” bu dəfə 1/8 finalda üz-üzə gələcək. La Liqanın digər aparıcı komandaları “Real” “Elçe” ilə qarşılaşacaq. 1/8 final yanvarın 15-16-da və 19-20-də keçiriləcək.

“Atletiko Baleares” – “Valensiya”
“Jirona” – “Rayo Vallekano”
“Sportinq Xixon” – “Kadis”
“Betis” – “Sevilya”
“Malyorka” – “Espanyol”
“Elçe” – “Real”
“Real Sosyedad” – “Atletiko”
“Atletik” – “Barselona”

ETOPAZ

Əvvəlki yazı

Marrey “15”ə çatdı

Növbəti yazı

İlin futbolçusu adına üç namizəd