“Real”la “Barselona” arasında 642 milyon avroluq fərq

“Real”la “Barselona” arasında 642 milyon avroluq fərq

İspaniya La Liqasında klubların maaş limiti açıqlanıb. 2021/22 mövsümü üçün nəzərdə tutulan cədvələ “Real” başçılıq edir.

Madrid klubu məşqçilərlə oyunçularının maaşlarına 739 milyon avro xərcləyə bilər. Bu rəqəm ötən mövsümlə müqayisədə (473) iki dəfəyə yaxın artıb.

“Barselona”da bu rəqəm 347 milyondan 97 milyona qədər azalıb. Kataloniya təmsilçisi La Liqada yalnız 7-ci yeri tutur. “Real” əsas rəqibi ilə müqayisədə futbolçularla məşqçilərin maaşına, həmçinin gənclər komandasına 642 milyon artıq xərcləmək imkanına malikdir.

İkinci yerdə “Sevilya” (200 milyon), 3-cü sırada “Atletiko” (171 milyon) qərarlaşıb. Ən kasad maaş büdcəsi “Valensiya”dadır – cəmi 31 milyon.

ETOPAZ

Əvvəlki yazı

Pau Torres “Çelsi”nin transfer siyahısında

Növbəti yazı

Morenonun son oyunu