“Real”ın Zubimendi arzusu
“Real” “Real Sosyedad”da çıxış edən Martin Zubimendinin transferində maraqlıdır. Madridlilər 26 yarımmüdafiəçinin yaxınları ilə ilkin görüş keçiriblər.
Onlar yayda Zubimendini komandanın heyətinə cəlb etmək arzusundadırlar. Amma Martinlə “Arsenal” da yaxından maraqlanır. Hətta London təmsilçisinin futbolçunun müqaviləsindəki 60 milyonluq sərbəst qalma məbləğini ödəməyə hazır olduğu bildirilib.
Qeyd edək, İspaniya yığmasının yarımmüdafiəçisi bu mövsümdə 39 qarşılaşmada 2 qol və 2 ötürmə ilə yadda qalıb. Onun “Real Sosyedad”la 2027-ci ilin yayına kimi müqaviləsi var.