“Real”ın transfer siyahısı bəlli oldu

“Real”ın transfer siyahısı bəlli oldu

“Real”ın yay transfer pəncərəsində heyətinə qatmaq istədiyi futbolçuların sayı bəlli olub. Madrid klubu 1 hücumçu, 1 yarımmüdafiəçi və 2 müdafiəçi ilə müqavilə imzalamağı planlaşdırır.

Kərim Benzema ilə anlaşmanın müddətini artıran “Kral klubu” daha bir hücumçunu heyətə cəlb etmək istəyir. Mövsümün əvvəlində fransalının tez-tez zədələnməsi “Real”ı düşünməyə vadar edib. Klub davam edən mövsümdə belə forvardın qollarının sayının azalacağından narahatdır. 

Sentyabrda 38 yaşı tamam olacaq Luka Modriçin də artıq bütün matçlarda oynamaq ehtimalı çox azdır. Madrid təmsilçisi yayda Cud Bellingemi transfer edə bilsə, Modriç komandada ikinci dərəcəli rol oynayacaq. Paytaxt klubu artıq ingiltərəlinin meneceri ilə əlaqə yaradaraq futbolçunu komandada görmək istədiyini bildirib.  

Bundan əlavə, “Real”da müdafiənin hər iki cinahını gücləndirmək lazım olduğunu düşünürlər. Baş məşqçi Karlo Ançelotti Ferlan Mendinin sol cinahdakı oyunundan razı deyil. Ötən yay madridlilər onu satmağa hazır olsalar da, təklif almamışdılar. Ançelottinin bu mövqedə ən böyük favoriti “Bavariya”nın müdafiəçisi Alfonso Deyvisdir. Almanlarla müqaviləsi 2024-cü ilin yayında başa çatacaq 22 yaşlı futbolçu mövsümün sonunda Madrid təmsilçisində peyda ola bilər. 

ETOPAZ

Əvvəlki yazı

Messi – Ronaldo duelində 9 qol

Növbəti yazı

Abubakar “Beşiktaş”da