“Real”ın sabiq hücumçusu özünə klub tapdı
“Real” və PSJ-nin sabiq futbolçusu Xese Rodriges karyerasını Malayziyada davam etdirməyə razılıq verib. Hücumçu “Darul Takzim”in təklifini müsbət cavablandırıb.
31 yaşlı ispaniyalı klubsuz qaldığı üçün keçidə razılaşıb. Yanvardan klub axtarışında olan Xese karyerasında 10-cu komandada forma geyinəcək.
O, bunadək “Real”, PSJ, “Las-Palmas”, “Stok Siti”, “Betis”, “Sportinq”, “Ankaragücü”, “Sampdoriya” və “Koritiba”da çıxış edib.
Qeyd edək ki, Xesenin yeni klubu Radamel Falkaoya da təklif göndərsə də, kolumbiyalı keçidə razı olmayıb.