“Real”ın qənimi
Pyer-Emerik Obameyanq “Real”ın qəniminə çevrilib. Qabonlu hücumçu “Barselona”nın heyətində La Liqa matçında Madrid klubunun qapısından 2 top keçirib. Bu oyunda kataloniyalılar 4:0 hesablı səfər qələbəsi qazanıb.
Obameyanq karyerasında 5-ci dəfə qarşılaşdığı “Real”la bütün oyunlarda qol sevinci yaşayıb. O, bu matçlarda 6 dəfə fərqlənib.
Afrikalı forvard XXI əsrdə ardıcıl 5 oyunda “Real”ın qapısına yol tapan ilk və yeganə futbolçudur. Pyer-Emerikdən başqa heç kəs belə nailiyyətə imza atmayıb.