“Real”ın müdafiəçisi zədələndi
“Real” İspaniya La Liqasının 9-cu turunun “Xetafe” ilə matçına ciddi itki ilə çıxacaq. Madrid təmsilçisinin müdafiəçisi Din Hyöysen komandaya kömək edə bilməyəcək.
Bu barədə “Diario AS” nəşri məlumat yayıb.
İspaniya millisinin üzvü zədəlidir. Onun növbəti həftə “Barselona” ilə matçda iştirak edib-etməyəcəyi məlum deyil.












