”Real”ın matçında qalmaqal

”Real”ın matçında qalmaqal

La Liqada 27-ci turun oyunları keçirilir. “Valensiya” “Real”la qarşılaşıb – 2:2.

Həmin matçın sonluğunda qalmaqal baş verib. Buna baş hakim Xesus Xil Mansanonun verdiyi qərar səbəb olub. O, 90+9-cu dəqiqədə Cud Bellingemin vurduğu qələbə qolunu qeydə almayıb. Qərar bununla izah olunub ki, qol vurulmazdan əvvəl – top cərimə meydançasına ötürülərkən hakim oyunun bitdiyini bildirən final fiti səsləndirib. Həmin topun müəllifi Bellingem isə qırmızı vərəqə alıb.

ETOPAZ

Əvvəlki yazı

“Sabah”dan ev qələbəsi

Növbəti yazı

Messidən ilk