“Real”ın hücumçusu “Ştutqart”ın hədəfində
“Real”ın hücumçusu Qonzalo Qarsiya komandanı tərk etməyə yaxındır. O, karyerasını Bundesliqada davam etdirə bilər.
“Ştutqart” ispaniyalı forvardı heyətinə qatmağı planlaşdırır. Bu barədə “Bild” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, Almaniya təmsilçisi qış transfer pəncərəsində futbolçu üçün “kral klubu”na rəsmi təklif göndərəcək.
Qeyd edək ki, Qarsiya bu mövsüm “Real Madrid”in heyətində meydana çıxdığı 14 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.













