“Real”ın hədəfindəki müdafiəçi
“Real” heyətinə yeni müdafiəçi qatmağı planlaşdırır. “Kral klubu” Robin Le Norman üçün 40 milyon avro təklif edib.
İspaniya nəhəngi “Real Sosyedad”ın müdafiəçisini qışda heyətinə qatmaqda niyyətlidir. 27 yaşlı futbolçunun bu təkliflə razılaşacağı gözlənilir.