“Real”ın gözü “Çelsi”də
“Real” müdafiə xəttini gücləndirməyə qərar verib. İspaniya klubu “Çelsi”nin futbolçusu Ris Ceymsi heyətinə qatmaq istəyir.
O, müdafiənin sağ cinahını gücləndirməlidir. Amma 23 yaşlı oyunçunun transferi asan olmayacaq. Çünki londonlular da Risi saxlamaq fikrindədir.
“Real” Joao Kanselo, Davide Kalabriya və Xuan Foyt variantlarını da nəzərdən keçirir. Bu müdafiəçilər “Mançester Siti”, “Milan” və “Vilyarreal”da çıxış edir.
Qeyd edək ki, Ceyms mövsümün 18 oyununda 2 qol və 2 assistə imza atıb. Onun müqaviləsi 2028-ci ilin yayında başa çatacaq.