“Real”ın gözü Aleksisdə
“Real”ın maraq dairəsində olan yarımmüdafiəçinin adı müəyyənləşib. İspaniya klubu Alekssis Mak Allisteri transfer etmək istəyir.
“Liverpul”un 26 yaşlı yarımmüdafiəçisi La Liqada oynamaq arzusunu gizlətmir. “Real” da onu komandaya uyğun futbolçu hesab edir.
Aleksis cari mövsüm 44 oyun keçirib. O, 6 qol və 4 assistə imza atıb.