”Real”ın futbolçusu zədələndi

”Real”ın futbolçusu zədələndi

“Real”ın heyətində ciddi itki baş verib. Franko Mastantuono sıradan çıxıb.

18 yaşlı vinger Argentina milli komandasının düşərgəsində əzələsindən zədə alıb.

O, “kral klubu”nun İspaniya La Liqasının IX turunda səfərdə “Xetafe”yə qarşı keçirəcəyi matçda forma geyinə bilməyəcək.

Qeyd edək ki, Mastantuono “Real”ın heyətində meydana çıxdığı 9 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

ETOPAZ

Əvvəlki yazı

”Sabah”dan inamlı qələbə

Növbəti yazı

“Monako”da yeni baş məşqçi