“Real”ın 100 milyonluq hədəfi
“Real” heyətinə daha bir gənc braziliyalı qatmağı planlaşdırır. İspaniya nəhəngi Vitor Rokenin xidmətində maraqlıdır.
“Atletiko Paranaense” gənc hücumçuya 100 milyon avro qiymət qoyub. Madrid klubunun Braziliyadakı skautları “yeni Ronaldo” adlandırılan forvardı izləyir.
O, Braziliya A seriyasının 29 matçında 5 qol vurub.