“Real”dan Vinisius qərarı
“Real” Vinisius Juniorla bağlı qərarını verib. Klub onunla yeni müqavilə bağlayacaq.
Bildirilir ki, futbolçu təklifə hələ ki, cavab verməyib. Madridlilər bir neçə səbəbdən Juniorla yeni razılaşma əldə etmək niyyətindədirlər.
“Real” 24 yaşlı hücumçunun bu mövsüm Çempionlar Liqasındakı çıxışında razı qalmaqla ilə yanaşı Kilian Mbappenin transferindən sonra onun komandadakı çəkisinin azalmadığını göstərmək istəyir. Digər məsələ yayda Səudiyyə Ərəbistanından futbolçuya sərfəli təklif gəlməsidir. Braziliyalı ulduz ərəblərdən 2025-ci ilin yayına kimi vaxt istəyib.
Qeyd edək ki, “Real”la Vinisius arasındakı müqavilə 2027-ci ilin yayında bitəcək.