“Real”dan Vinisius qərarı
“Real Madrid” komandanın ulduz futbolçusu Vinisius Juniorla müqaviləni yeniləməyə hazırlaşır. Bu barədə İspaniyanın nüfuzlu “Marca” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, “kral klubu” hazırda ABŞ-da keçirilən Klublararası Dünya Çempionatı başa çatdıqdan sonra braziliyalı vingerlə 2030-cu ilədək nəzərdə tutulan yeni müqavilə imzalayacaq.
Qeyd edək ki, 24 yaşlı Vinisius Junior 2018-ci ildən “Real Madrid”in şərəfini qoruyur. O, bu müddət ərzində komandada 319 rəsmi oyuna çıxaraq 106 qol və 83 məhsuldar ötürmə ilə yadda qalıb.












