“Real”dan tarixi uğur
“Real” daha bir uğura imza atıb. Madrid təmsilçisi La Liqa tarixində 5000 xal toplayan ilk komanda olub.
“Kral klubu” ölkə çempionatının XVII turundan təxirə salınmış oyunda “Valensiya”ya qalib gələrək (2:1) bu uğura imza atıb. “Real” 5000 xalı 94 mövsüm ərzində toplayıb.
Komanda ümumilikdə 1833 qələbə qazanıb, 6526 qol vurub.