“Real”dan qələbə, “Arsenal”dan darmadağın

“Real”dan qələbə, “Arsenal”dan darmadağın

Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib. İlk oyunlar çərçivəsində 4 matç keçirilib.

Günün ilk qarşılaşmasında “Brügge” ilə “Aston Villa” görüşüb. İngilislər Belçikada inamlı qələbə qazanaraq, növbəti mərhələyə yüksəlmək üçün yaxşı şans əldə ediblər.

Günün əsas matçı Madriddə olub. Derbidə “Real” “Atletiko”nu sınağa çəkib. Karlo Ançelottinin komandası 2:1 hesabı ilə qalib gəlib.

“Arsenal”ın artıq 1/4 finalda hesab etmək olar. “Topçular” Niderlandda PSV-ni 7:1 hesabı ilə məğlub ediblər.

“Lill” isə Dortmundda “Borussiya” ilə heç-heçəyə nail olub.

Qeyd edək ki, ilk oyunlara martın 5-də yekun vurulacaq.

Çempionlar Liqası
1/8 final, ilk oyunlar
4 mart

21:45. “Brügge” – “Aston Villa” – 1:3
00:00. “Real” – “Atletiko” – 2:1
00:00. PSV – “Arsenal” – 1:7
00:00. “Borussiya” D – “Lill” – 1:1

ETOPAZ

Əvvəlki yazı

Ake əməliyyat olundu

Növbəti yazı

Azərbaycanın mövqeyi dəyişmədi