“Real”dan növbəti kubok
FIFA Qitələrarası Kubokun qalibi məlum olub. Həlledici görüşdə “Real” “Paçuka” ilə qarşılaşıb.
Görüş madridlilərin üstünlüyü şəraitində keçib. “Kral klubu” Mbappe, Rodriqo və Vinisiusun qolları ilə inamlı qələbə qazanıb.
18 dekabr
FIFA Qitələrarası Kubok
21:00. “Real” – “Paçuka” 3:0
Qollar: Kilan Mbappe , 37, Rodriqo, 53, Vinisius Junior, 84-p.
Qətər. “Lusail” stadionu