“Real”dan Niko Paz qərarı
“Real”ə icarə əsasında “Komo”da çıxış edən Niko Pazla bağlı qərarını verib. “Kral klubu” yarımmüdafiəçini geri qaytarmaq qərarına gəlib.
Bu barədə “AS” nəşri məlumat yayıb.
Bildirilib ki, La Liqa təmsilçisi futbolçunun transferi üçün İtaliya klubuna 9 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, Paz bu mövsüm “Komo”nun heyətində keçirdiyi 16 rəsmi matçda 5 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.













