“Real”dan Kamavinqaya yeni müqavilə
“Real” yarımmüdafiəçisi Eduardo Kamavinqanı heyətində saxlamaq istəyir. Klub onun üçün yeni müqavilə hazırlamağa başlayıb.
20 yaşlı fransalının özü Premyer Liqa klublarından gələn təkliflərə baxmayaraq, Madrid klubunda qalmaq istəyir. Onun La Liqa təmsilçisi ilə sözləşməsi 2027-ci ilə qədərdir.