“Real”dan inamlı qələbə, “Yuventus” mübarizəni dayandırdı
Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına yekun vurulub. Bu gün 4 matç baş tutub.
“Borussiya” “Sportinq”lə üz-üzə gəlib. Dortmundda keçirilən görüşdə hesab açılmayıb.
“Real” “Mançester Siti”ni qəbul edib. Kilian Mbappenin het-trik etdiyi oyunda meydan sahibləri qələbə qazanıb – 3:1.
PSJ “Brest”i meydana çıxmağına peşman edib. Parislilər 7:0 hesablı qalibiyyətə seviniblər.
“Yuventus” isə PSV ilə bacarmayıb. İtaliya təmsilçisi 1:3 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
19 fevral
“Borussiya” (Dortmund, Almaniya) – “Sportinq” (Portuqaliya) 0:0
İlk oyun 3:0
PSJ (Fransa) – “Brest” (Fransa) 7:0
İlk oyun 3:0
PSV (Niderland) – “Yuventus” (İtaliya) 3:1
İlk oyun 1:2
“Real” (İspaniya) – “Mançester Siti” (İngiltərə) 2:1, ə.v. 3:1
İlk oyun 3:2