“Real”dan əzmkar qələbə
Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub. İkinci finalçının adına “Real” – “Mançester Siti” matçında aydınlıq gəlib.
“Santyaqo Bernabeu”da baş tutan görüş dramatik keçib. Qonaqlar 73-cü dəqiqədə Riyad Mahrezin qolu ilə önə keçib. Tamamilə hücuma atılan “Real” 2 dəqiqəyə 2 qol vurub. Rodriqo 90 və 90+1-ci dəqiqələrdə fərqlənərək komandasını xilas edib. Əlavə vaxta gedən görüşdə son nöqtəni 95-ci dəqiqədə Kərim Benzema qoyub. O, 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib.
Beləliklə, 3:1 hesabı ilə qalib gələn “Real” iki oyunun nəticəsinə (6:5) görə “Mançester Siti”ni keçərək finala vəsiqə qazanıb. “Kral klubu”nun həlledici görüşdəki rəqibi İngiltərənin digər təmsilçisi “Liverpul” olacaq.
Qeyd edək ki, final görüşü 28 mayda Parisdə keçiriləcək.