“Real”dan antirekord
“Real” dünən La Liqanın 30-cu turunda “Valensiya”ya 1:2 hesabı ilə məğlub olub. Matçın 13-cü dəqiqəsində komandanın braziliyalı futbolçusu Vinisius Junior penaltini qola çevirə bilməyib. Onun zərbəsini qonaq komandanın qapıçısı dəf edib.
Bu, “Real”ın cari mövsümdə dəyərləndirə bilmədiyi 5-ci penaltidir. Komanda bütün turnirlərdə 16 penalti yerinə yetirib ki, bunun öda 11-i qolla nəticələnib. Bir mövsümdə 5 qaçırılan penalti klubun 2013/2014 mövsümündən bəri ən pis nəticəsidir. Həmin mövsüm “Real” La Liqada üçüncü yeri tutub, ölkə kubokunun və Çempionlar Liqasının qalibi olub.