“Real”dan Almaniyaya
“Bavariya” mərkəz müdafiəçisi axtarışlarını davam etdirir. Münhen təmsilçisi “Real”ın futbolçusu Raul Asensio ilə maraqlanır.
Almaniya nəhəngi ispaniyalını heyətinə qatmağı planlaşdırır. Asensionun “Real”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. “Bavariya” öncə ispaniyalını icarəyə götürüb, daha sonra isə təzminat məbləği ödəyərək birdəfəlik heyətinə qatmaq niyyətindədir.
21 yaşlı müdafiəçi “Real”ın yetirməsidir və yalnız bu klubda oynayıb.