Azərbaycan klubları dünya reytinqində: “Qarabağ” 81-ci pillədə
“Real”dan 35-ci çempionluq
İspaniya çempionunun adı bəlli olub. “Real” tarixində 35-ci dəfə La Liqanın qalibi adını qazanıb.
Madrid klubu 2021/22 mövsümünün çempionu titulunu 34-cü turda rəsmiləşdirib. “Espanyol”la ev oyununda 4:0 hesabı ilə qalib gələn Karlo Ançelottinin yetirmələri sona 4 tur qalmış qızıl medalları təmin edib. Matçı ilk yarıda həll edən “Real”ın heyətində Rodriqo dubla imza atıb. Fasilədən sonra isə Marko Asensio və Kərim Benzema fərqlənib.
Bununla da paytaxt klubu 34 oyundan sonra xal hesabını 81-ə çatdırıb. Eyni sayda matça çıxan “Sevilya” 64, hərəyə bir oyun az keçirən “Barselona” 63 və “Atletiko” 61 xala malikdir.