“Real”da yeni müqavilə
“Real” futbolçusu Antonio Rüdigerlə bağlı qərarını verib. Klub onun müqaviləsini uzatmaq istəyir.
Almaniya millisinin üzvü ilə yaxın günlərdə danışıqların başlanacağı bildirilir. Rüdigerin hazırkı sözləşməsi gələn ilin yayına qədərdir.
Qeyd edək ki, 31 yaşlı futbolçu bu mövsüm “Real”da 26 oyunda meydana çıxıb.