“Real”da yeni müqavilə
Eder Militaonun taleyinə aydınlıq gəlib. “Real” onunla yaxın vaxtlarda yeni müqavilə imzalayacaq.
Sözləşmə 2028-ci ilin iyun ayına qədər qüvvədə olacaq. Sərbəst qalmaq təzminatı komandadakı digər braziliyalılar kimi 1 milyard avro təşkil edəcək.
Qeyd edək ki, Federiko Valverde və Eduardo Kamavinqa ilə də yeni müqavilə imzalanacaq.