“Real”da yeni müqavilə
“Real” Eder Militao ilə yeni müqavilə imzalayıb. Anlaşma 2028-ci ilə qədər nəzərdə tutulub.
Ederin əvvəlki müqaviləsi 2025-ci ildə başa çatmalı idi. İspaniya klubu onu daha 3 il saxlamağı lazım bilib.
Braziliyalının maaşı da artırılıb. O, yeni anlaşma ilə ildə 3,5 milyon avro deyil, 7 milyon qazanacaq.
Onun sərbəstqalma qiyməti 500 milyondur. 24 yaşlı müdafiəçiyə “Çelsi” də maraq göstərsə də, cənubi amerikalı klubunu dəyişməməyə üstünlük verib.