“Real”da koronavirus

“Real”da koronavirus

Real”da növbəti koronavirusa yoluxma halı aşkarlanıb. İspaniya klubu rəsmi saytı vasitəsilə bu dəfə bir futbolçuda virusun aşkarlandığını açıqlayıb.

Bu, müdafiəçi Xesus Valyexodur. Testi pozitiv çıxan 25 yaşlı mərkəz müdafiəçisi dərhal karantinə alınıb. O, Çempionlar Liqasının 1/4 final mərhələsində “Çelsi” ilə keçiriləcək cavab görüşündə iştirak ərizəsində yer almayacaq. Bir müddət əvvəl baş məşqçi Karlo Ançelotti koronavirusa yoluxsa da, “Çelsi”yə qarşı Londondakı ilk matç öncəsi sağalmışdı.

Qeyd edək ki, sabah Madriddə keçiriləcək “Real” – “Çelsi” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

ETOPAZ

Əvvəlki yazı

Levandovski “Barselona” ilə razılığa gəldi

Növbəti yazı

Nadal Barselonada oynamayacaq