“Real”da ciddi itki
“Real”ın heyətində ciddi itki baş verib. Madrid təmsilçisinin liderlərindən olan Kilian Mbappe sıradan çıxıb.
Bu barədə “L’Équipe” nəşri məlumat yayıb.
Fransalı hücumçu 3 həftə yaşıl meydanlardan uzaq qalacaq. 27 yaşlı forvard La Liqanın “Betis”lə (4 yanvar), İspaniya Super Kubokunun isə “Atletiko” ilə matçında (8 yanvar) komandaya kömək edə bilməyəcək.













