“Real”da ciddi itki
“Real”ın futbolçusu Trent Aleksandr-Arnoldun durumuna aydınlıq gəlib. 27 yaşlı sağ cinah müdafiəçisinin sol ayağının ön dördbaşlı əzələsində zədə aşkarlanıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İngiltərəli futbolçu təxminən 2 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Trent bu mövsüm “Real”ın heyətində meydana çıxdığı 16 rəsmi matçda 3 məhsuldar ötürmə ilə yadda qalıb.












