“Real”da ciddi itki
“Real”ın heyətində ciddi itki baş verib.
La Liqa nəhəginin qapıçısı Tibu Kurtua sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ölkə çempionatının 12-ci turunun “Rayo Valyeekano” ilə matçından (0:0) sonra Kurtuanın ayaq əzələsində zədə aşkarlanıb. 33 yaşlı qolkiper Belçika milli komandasının düşərgəsinə qoşulmayacaq.













