“Real”da ciddi itki

“Real”da ciddi itki

“Real”ın zədəli futbolçusu Endrikin durumuna aydınlıq gəlib. Braziliyalı hücumçu uzun müddət yaşıl meydanlardan uzaq qalacaq. 

19 yaşlı futbolçunun zədəsi ciddidir. Onun bərpa müddəti 8-10 həftə çəkəcək.

Qeyd edək ki, “Real” Endriki ötən ilin yayında “Palmeyras”dan transfer edib. Braziliya millisinin üzvü Madrid təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 7 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

ETOPAZ

Əvvəlki yazı

Arnautoviç “Srvena Zvezda”da

Növbəti yazı

“Neftçi”dən qollu heç-heçə