“Real”da ciddi itki
“Real”da ciddi itki baş verib. Komandanın müdafiəçisi Antonio Rudiger əməliyyat olunub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Müdafiəçinin bərpa prosesinə tezliklə başlanacaq.
Rüdigerin 2 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Qeyd edək ki, almaniyalı “Barselona” ilə Kral Kubokunun final matçının (2:3) 111-ci dəqiqəsində dizində problem yarandığı üçün əvəzlənmişdi.