“Real”da ciddi itki

“Real”da ciddi itki

“Real”da ciddi itki baş verib. Komandanın müdafiəçisi Antonio Rüdiger zədələnib.

O, La Liqanın 32-ci turu çərçivəsində keçirilən “Espanyol”la oyunda (0:1) sağ ayağının bud əzələsindən xəsarət alıb. 31 yaşlı futbolçunun bu səbəbdən 2-3 həftə yaşıl meydanlardan kənar qala biləcəyini bildirilir.

Almaniyalı müdafiəçinin La Liqada “Atletiko” ilə oyunda (8 fevral) və Çempionlar Liqasında 1/8 finala çıxmaq uğrunda “Mançester Siti” ilə ilk pley-off matçında iştirak edə bilməyəcəyi vurğulanır.

Qeyd edək ki, Rüdiger “Espanyol”la matçın 15-ci dəqiqəsində əvəzlənib.

ETOPAZ

Əvvəlki yazı

“Lənkəran” səfərdən qələbə ilə dönür

Növbəti yazı

Dorqu “Mançester Yunayted”də