“Real”da ciddi itki
“Real”ın futbolçusu Eduardo Kamavinqa zədələnib. Bunu İspaniya klubunun mətbuat xidməti açıqlayıb.
22 yaşlı fransalı yarımmüdafiəçinin müayinələrindən sonra budunun arxa hissəsində xəsarət aşkarlanıb. Kamavinqanın meydana dönəcəyi tarix müəyyənləşməyib.
Qeyd edək ki, futbolçu cari mövsümün 16 matçında 1 qol vurub.