“Real”dən Modriçə vida
Luka Modriçin “Real”dakı taleyinə aydınlıq gəlib. Yarımmüdafiəçi mövsümün sonunda İspaniya klubunu tərk edəcək.
Xorvatiyalının müqaviləsi 2024-cü ilin yayında başa çatacaq. Klub rəhbərliyi onunla anlaşmanı uzatmamağa qərar verib.
Qeyd edək ki, Luka 2012-ci ildən “Real”da forma geyinir.