“Real” Yoviçi “Fiorentina”ya göndərir
“Real”ın futbolçusu Luka Yoviç karyerasını İtaliyada davam etdirəcək. 24 yaşlı hücumçu “Fiorentina”ya keçməyə razılıq verib.
Serbiya millisinin futbolçusu A seriyası təmsilçisində icarə əsasında çıxış edəcək. Onun keçidində yığmadakı komanda yoldaşı Nikola Milenkoviç rol oynayıb. O, Lukanı Florensiyada çiyin-çiyinə oynamağa razı salıb. Yoviç 2019-cu ildə “Ayntraxt”dan “Real”a keçib.