“Real” yeni hücumçu axtarışında
“Real” qış transfer pəncərəsində yeni hücumçu almaq niyyətindədir. Klub Kərim Benzemanın çox zədə alması ilə bağlı ön xəttə daha bir forvard düşünür.
“Malyorka”nın hücumçusu Vedat Muriqi və “İnter”in hücumçusu Edin Ceko “kral klubu”nun maraq dairəsindədir. 36 yaşlı bosniyalının hazırkı müqaviləsinin müddəti 2023-cü il iyunun 30-na kimi hesablanıb.