“Real” yarımfinalda
Klublararası dünya çempionatında son yarımfinalçı bəlli olub.
1/4 finalda Almaniyanın ikinci komandası da turnirlə vidalaşıb.
Dortmund “Borussiya”sı “Real”la qarşılaşıb. 2024-cü ildə Çempionlar Liqasının finalında üz-üzə gələn komandaların görüşündə bu dəfə də Madrid təmsilçisi qələbə qazanıb. 20 dəqiqəyə iki dəfə fərqlənən madridlilər üstünlüyü sonadək qoruyublar. Əsas vaxta əlavə olunmuş dəqiqələrdə isə komandalar 3 qol vurublar – 3:2.
“Real” yarımfinalda “Bavariya”nı məğlub edən PSJ ilə qarşılaşacaq.
Dünya çempionatı
1/4 final
5 iyul
00:00. Real (İspaniya) – “Borussiya” D (Almaniya) – 3:2
Qollar: Qonsalo Qarsiya, 10. Fran Qarsiya, 20. Kilian Mbappe, 90+4 – Beyer, 90+3. Girassi, 90+7 (p.)












