“Real” və ”Milan”dan qələbə
Çempionlar Liqasında 1/4 finalın ilk oyunlarına yekun vurulub. Son matç günündə 2 qarşılaşma baş tutub.
“Real” “Çelsi”ni qəbul edib. Meydan sahibləri Kərim Benzemanın qolu ilə hesabı açıb. İkinci yarıda madridlilər üstünlüyünü 2 topa çatdırıb. Marko Asensio adını tabloya yazdırıb – 2:0.
“Milan” isə “Napoli”ni qonaq edib. ”Rossoneri” matça fəal başlayıb. ”Qırmızı-qaralar” İsmael Bennaserlə hesabı açıb. İkinci yarıda tərəflərinə səylərinə baxmayaraq başqa qol olmayıb – 2:0.
Qeyd edək ki, 1/4 finalın cavab görüşləri aprelin 18-19-da keçiriləcək.