“Real” və “Betis”də itkilər
Bu gün İspaniya La Liqasında 38-ci turun ilk iki oyunu keçiriləcək. Bakı vaxtı ilə saat 23:00-da başlayacaq matçlarda “Rayo Valyekano” elitanı tərk edən “Levante”ni, çempion “Real” isə Avropa Liqasına vəsiqəni təmin edən “Betis”i qəbul edəcək.
Matçlar öncəsi komandaların heyətində bəzi itkilər var. “Real”da Luka Yoviç, Qaret Beyl, David Alaba, “Betis”də Klaudio Bravo, Viktor Kamarasa, Viktor Ruiz, “Rayo Valyekano”da İsi Palazon, Esteban Savelyiç, Martin Merkelans, “Levante”də Karlos Klerk, Xorxe de Frutos, Aytor Fernandes zədə səbəbindən meydana çıxa bilməyəcək.