“Real” və “Bavariya” “8-liy”ə düşə bilmədi
Çempionlar Liqasında Liqa mərhələsinin sonuncu – VIII turunun oyunları keçirilib. Bu gün 18 matç baş tutub.
“Liverpul” səfərdə PSV-nin qonağı olub. Mersisaydlılar hesabda öndə olduqları matçda üstünlüklərini qoruya bilməyiblər.
“Real” isə səfərdə inamlı qələbə qazanıb. Lakin bu, ilk 8 pillə üçün yetərli olmayıb.
UEFA Çempionlar Liqası
VIII tur
29 yanvar
“Aston Villa” (İngiltərə) – “Seltik” (Şotlandiya) 4:2
“Barselona” (İspaniya) – “Atalanta” (İtaliya) 2:2
“Bayer” (Almaniya) – “Sparta” (Çexiya) 2:0
“Bavariya” (Almaniya) – “Slovan” (Slovakiya) 3:1
“Brest” (Fransa) – “Real” (İspaniya) 0:3
“Dinamo” (Zaqreb, Xorvatiya) – “Milan” (İtaliya) 2:1
“Borussiya” (Dortmund, Almaniya) – “Şaxtyor” (Ukrayna) 3:1
“Jirona” (İspaniya) – “Arsenal” (İngiltərə) 1:2
İnter” (İtaliya) – “Monako” (İtaliya) 3:0
“Yuventus” (İtaliya) – “Benfika” (Portuqaliya) 0:2
“Lill” (Fransa) – “Feyenoord” (Niderland) 6:1
“Mançester Siti” (İngiltərə) – “Brügge” (Belçika) 3:1
PSV (Niderland) – “Liverpul” (İngiltərə) 3:2
“Zalsburq” (Avstriya) – “Atletiko” (İspaniya) 1:4
“Sportinq” (Portuqaliya) – “Bolonya” (İtaliya) 1:1
“Şturm” (Avstriya) – “Leypsiq” (Almaniya) 1:0
“Ştutqart” (Almaniya) – PSJ (Fransa) 1:4
“Yanq Boyz” (İsveçrə) – “Srvena Zvezda” (Serbiya) 0:1