“Real” və “Arsenal” 1/4 finalda
Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub. Bu gün turun son matçları keçirilib.
“Atletiko” və “Real” növbəti dəfə üz-üzə gəliblər.
28-ci saniyəsində hesab açılan oyunda başqa qol olmayıb. Nəticədə iki görüşün nəticəsinə görə 2:2 hesabı qeydə alındığından əlavə vaxta ehtiyac duyulub. Cütün qalibi penalti seriyasında bəlli olub. Daha dəqiq olan “kral klubu” 1/4 finala yüksəlib.
Həmçinin “Borussiya”, “Arsenal” və “Aston Villa” da növbəti raunda vəsiqə qazanıblar.
Çempionlar Liqası
1/8 final, cavab oyunları
12 mart
21:45. “Lill” – “Borussiya” D – 1:2
Qollar: Devid, 5 – Emre Can, 54 (p.). Bayer, 65
İlk oyun – 1:1
00:00. “Arsenal” – PSV – 2:2
Qollar: Zinçenko, 6. Rays, 37 – Perişiç, 18. Driueç, 70
İlk oyun – 7:1
00:00. “Atletiko” – “Real” – 1:0, ə.v. 0:0, pen. 2:4
Qol: Qallaher, 1
İlk oyun – 1:2
00:00. “Aston Villa” – “Brügge” – 3:0
Qollar: Mark Asensio, 51; 61. Maatsen, 57
İlk oyun – 3:1