“Real” Upamekanonun razılığını aldı
“Real” Dayo Upamekanonun keçidi ilə bağlı razılıq əldə edib. Müdafiəçi İspaniya klubuna keçməyə şifahi razılıq verib.
O, 2026-cı ilin yayında azad agent kimi Madrid təmsilçisinə keçə bilər. Onun “Bavariya” ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.
Almaniya klubu da müdafiəçiyə yeni müqavilə təklif edib. Upamekano bu təklifi cavablandırmayıb.
Qeyd edək ki, müdafiəçi cari mövsüm Bundesliqada 8 oyun keçirib.












