“Real” üçün Mourinyo variantı
“Roma”nın baş məşqçisi Joze Mourinyo komandanı tərk edə bilər. Onun yenidən “Real”a rəhbərlik etmək ehtimalı var.
Madrid klubu Karlo Ançelottinin 2024-cü ilin yayında komandadan ayrılacağı təqdirdə bu posta portuqaliyalını təyin etmək variantını nəzərdən keçirir. İtaliyalı mütəxəssisin Braziliya millisinə rəhbərlik edəcəyi, “Roma”nın isə Mourinyo ilə müqaviləni yeniləməyəcəyi (mövsümün sonunda başa çatır) gözlənilir.
Qeyd edək ki, Mourinyo 2010-2013-cü illərdə “Real”ı çalışdırıb.