“Real” seriyasını davam etdirir
“Real” Almaniya komandaları ilə matçlarda məğlubiyyətsizlik seriyasını davam etdirib. Baş məşqçi Karlo Ançelottinin komandası Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda səfərdə “Leypsiq”ə qalib gəlib – 2:0.
Madrid təmsilçisinin bundesliqa klublarına qarşı seriyası 11 oyundur. Bu matçlarda “Real” 7 qələbə qazanıb və 4 heç-heçə edib.